İsrail Livanda quru əməliyyatlarına başlayır - Plan təsdiqləndi

23-03-2026, 08:44 891 dəfə baxılıb

 

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir Livanda quru əməliyyatlarının planını təsdiqləyib. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.


“Hizbullah” terror təşkilatına qarşı əməliyyat yenicə başlayıb. İrandakı əməliyyat başa çatdıqdan sonra “Hizbullah” tək və təcrid olunmuş vəziyyətdə qalacaq. Bu, uzunmüddətli əməliyyatdır və biz buna hazırıq”, - Zamir bildirib. 


O əlavə edib ki, İsrail ordusu hazırda mütəşəkkil plana uyğun olaraq, yerüstü əməliyyatları və zərbələri irəlilətməyə hazırlaşır.


Baş Qərargah rəisinin sözlərinə görə, İsrail təhlükə sərhəddən uzaqlaşdırılana və ölkənin şimalındakı sakinlər üçün uzunmüddətli təhlükəsizlik təmin olunana qədər dayanmayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031