Patriarx II İliya ilə vida mərasimi keçirilir - Fotolar

22-03-2026, 11:17 900 dəfə baxılıb


Gürcüstanda bu gün Katolikos-Patriarx II İliya ilə son vida mərasimi keçirilir.


“Yenisirvanli.info.az” “Sputnik Georgia”ya istinadla xəbər verir ki, paytaxt Tbilisi və ölkənin müxtəlif bölgələrindən gələn yüz minlərlə şəxs səhər saatlarından mərkəzi küçələrə toplanıb.


Məlumata görə, şəhərin mərkəzində nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılıb. 


Qeyd edək ki, mərasimdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və Baş nazirin müavini Samir Şərifov da daxildir.


Məlumat üçün bildirək ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da daxil olmaqla 40-dan çox xarici nümayəndə heyəti Gürcüstana gəlsə də, bütün ermənilərin katolikosu II Qareginin Tbilisiyə gəlişinə icazə verilməyib.


Xatırladaq ki, mərasim Sameba kafedralında dindarların iştirakı olmadan, yalnız rəsmi şəxslər üçün keçirilir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031