İsraildə İrana casusluqda şübhəli bilinən hərbçi saxlanıldı

20-03-2026, 14:38 881 dəfə baxılıb

 

İsraildə “Dəmir Qübbə” (Iron Dome) hava hücumundan müdafiə sistemini idarə etmiş ehtiyatda olan hərbi qulluqçu İranın xeyrinə casusluqda şübhəli bilinərək saxlanılıb.


“Yenisirvanli.info.az” İsrailin “12-ci kanal”ına istinadən xəbər verir ki, həmin şəxs “Telegram” messenceri vasitəsilə ələ alınaraq məxfi məlumatları qarşı tərəfə ötürməkdə ittiham olunur.


Mənbənin məlumatına görə, casusluqda şübhəli bilinən şəxs hərbi bazaların koordinatlarını və yüksək rütbəli vəzifəli şəxslərin adlarını İran kəşfiyyatına sızdırıb.


Məlumata görə, hərbi qulluqçu “Şir nərəsi” əməliyyatı başladıqdan cəmi bir gün sonra həbs edilib və ilkin dindirilmə zamanı törətdiyi əməli etiraf edib. Prokurorluq onun həbs müddətinin məhkəmə araşdırması başa çatana qədər uzadılmasını tələb edib.


Hazırda hadisə ilə bağlı genişmiqyaslı istintaq davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031