Öldürüləcəyi halda nə baş verəcəyini açıqladı

18-03-2026, 13:54 906 dəfə baxılıb

 

“İran İslam Respublikası möhkəm siyasi quruluşa, formalaşmış siyasi, iqtisadi və sosial institutlara malikdir”.


“Yenisirvanli.info.az” xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.


Onun sözlərinə görə, ayrı-ayrı şəxslərin olması və ya olmaması struktura təsir etmir.


“Əlbəttə, söhbət nüfuzlu şəxslərdən gedir. Hər kəs öz rolunu oynayır. Lakin vacib olan odur ki, İranda siyasi sistem çox möhkəm bir struktura malikdir. Bizdə Ali Liderdən daha vacib şəxs yoxdur. Hətta o da öldürüldü. Buna baxmayaraq, sistem işləməyə davam edir və dərhal onun əvəzinə başqasını təqdim etdi. Əgər başqa biri öldürülərsə, eyni şey olacaq. Əgər xarici işlər naziri öldürülərsə, nəticədə bu vəzifəni başqa biri tutacaq”, - XİN rəhbəri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsi ilə bağlı sualı cavablandırarkən deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031