ABŞ kəşfiyyatından Trampa - Xəbərdarlıq

18-03-2026, 09:36 881 dəfə baxılıb

 

ABŞ kəşfiyyat orqanları müharibənin İranda rejimin devrilməsinə səbəb olmayacağı barədə Tramp administrasiyasına xəbədarlıq edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb.


Bildirilib ki, müharibədən əvvəl ABŞ Prezidenti Donald Trampa İnqilab Keşikçilərinin bu hücumlardan daha güclü çıxacağı barədə xəbərdarlıq edilib.


Kəşfiyyat hesabatları göstərir ki, İran rejimi zəifləsə də, hələ də möhkəmdir və İnqilab Keşikçiləri ölkədə güclərini artırmaqdadır. Qərb mənbələri rejim daxilində qərar verənlərin çaşqın olduğunu, lakin parçalanma əlamətlərinin olmadığını vurğulayıb.


Bununla yanaşı, Tramp administrasiyası İnqilab Keşikçilərini təcrid etmək üçün digər ölkələrə təzyiq göstərir. ABŞ Dövlət Departamenti diplomatlardan Livandakı İnqilab Qvardiyası və “Hizbullah”ı terror təşkilatları siyahısına daxil etmək üçün müvafiq ölkələrlə işləməyi tələb edib.


Qəzet yazır ki, müharibənin uzanması Körfəz ölkələrinin Tramp administrasiyasından narazılığını artırıb.


“Onlar bu müharibəni İsrail üçün başladılar və sonra bizi hücumlarla təkbətək üzləşməyə məruz qoydular”, - yüksəkvəzifəli bir Körfəz məmuru bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031