Zelenski “Drujba”dan danışdı - “Ay yarım ərzində...”

17-03-2026, 18:20 900 dəfə baxılıb

 

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya neftini Mərkəzi Avropaya daşıyan “Drujba” boru kəmərinin cənub qolundakı təmir işlərinin gedişatı ilə bağlı açıqlama verib.


“Yenisirvanli.info.az” xəbər verir ki, Zelenski Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə ünvanladığı məktubda kəmərin bərpa müddətini açıqlayıb:


“Yeni hücumlar olmayacağı təqdirdə, nasos stansiyası ay yarım (45 gün) ərzində tam bərpa olunacaq”.


Xatırladaq ki, “Drujba” ilə Macarıstan və Slovakiyaya neft nəqli yanvarın 27-də Rusiyanın Ukraynanın qərbindəki (Brodi yaxınlığında) infrastruktura endirdiyi zərbələrdən sonra dayanıb. Sözügedən hadisə Kiyevlə Budapeşt arasında gərginliyi artırıb. Macarıstan tərəfi Ukraynanı qəsdən gecikmədə ittiham edərək Aİ-nin Ukraynaya yardım paketlərinə və Rusiyaya qarşı yeni sanksiyalara veto qoyub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031