Laricaninin ölüm xəbərindən sonra məktubu paylaşıldı - Foto

17-03-2026, 15:21 901 dəfə baxılıb


İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ABŞ Hərbi Dəniz Qüvvələrinin Şri-Lanka sahillərində ölkənin “IRIS Dena” hərbi gəmisinə hücumu nəticəsində həlak olan iranlı dənizçilərə başsağlığı məktubu paylaşılıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, məktub Laricaninin adından onun “X” sosial şəbəkəsindəki hesabında dərc edilib.


“Onların xatirəsi İran xalqının qəlbində əbədi yaşayacaq. Bu şəhidlik uzun illər İslam Respublikası Ordusunun təməlini silahlı qüvvələrin strukturunda möhkəmləndirəcək”, - məktubda deyilir.


Qeyd edək ki, bir qədər əvvəl İsrailin müdafiə naziri İsrael Katz Əli Laricaninin öldürüldüyünü açıqlamışdı. 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031