Əlcəzairin hərbi təyyarəsi Ermənistandan keçməklə Azərbaycana uçub

17-03-2026, 11:17 897 dəfə baxılıb

 

Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus “Lockheed Martin C-130J-30 Super Hercules” tipli təyyarə Ermənistanın hava məkanından istifadə etməklə Azərbaycana uçub.


“Yenisirvanli.info.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir. Qeyd edilib ki, uçuş diplomatik məqsədlərlə həyata keçirilib. 


“Uçuşu həyata keçirən tərəfin təqdim etdiyi məlumata əsasən, C-130J təyyarəsinin həyata keçirdiyi Bufarik-Bakı reysi diplomatik məqsədlərlə baş tutub”, - nazirlik açıqlayıb. 


Qeyd edək ki, sözügedən təyyarə fevral ayında Ankaradan Bakıya, Bakıdan isə Əlcəzairin Bufarik şəhərinə uçmaq üçün Ermənistanın hava məkanından istifadə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031