CENTCOM rəhbəri əməliyyatların gedişatından danışdı - Video

16-03-2026, 18:36 911 dəfə baxılıb

 

ABŞ ordusu Hörmüz boğazında naviqasiya təhlükəsizliyinə təhdid yaradan İran hədəflərini vurmaqla rəsmi Tehranın hərbi potensialını zəiflədir.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper qurumun “X” hesabındakı videomüraciətində bəyan edib.


O, bölgədəki əməliyyatların qətiyyətlə davam etdirildiyini vurğulayıb:


“Biz İranın Hörmüz boğazında və onun ətrafında gəmiçiliyə təhlükə yaradan hərbi imkanlarını sürətlə zəiflətməyə davam edəcəyik. ABŞ qüvvələri düşmənə qarşı ayıq-sayıqdır və strateji su yollarında təhlükəsizliyin təmini üçün irəliləyiş sabit xarakter daşıyır”.


Xatırladaq ki, son həftələrdə Hörmüz boğazı ətrafında hərbi gərginlik artıb, ABŞ və müttəfiqləri İranın dəniz ticarətinə müdaxilə cəhdlərinin qarşısını almaq üçün regiondakı hərbi mövcudluğunu gücləndirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031