Bəhreyn və Küveytin hava məkanı daha 12 saat bağlı olacaq

16-03-2026, 10:49 896 dəfə baxılıb

 

Bəhreyn və Küveyt fevralın 28-dən bəri qüvvədə olan hava məkanlarında uçuş qadağasını bir daha uzadıb.


Yenisirvanli.info.az xəbər verir ki, bu barədə TASS Yaxın Şərq hava hərəkətinin idarə olunması xidmətindəki mənbəyə istinadən məlumat yayıb.


"Bəhreyn və Küveyt bağlanmanı daha 12 saat - UTC saat 16:00-a (Bakı vaxtı ilə saat 20:00 - red.) qədər uzadıblar", - deyə agentlikdən bildirilib. Bununla belə, mənbə Bəhreynin xüsusi icazələrlə Manama hava limanından qonşu Səudiyyə Ərəbistanına ən qısa uçuş dəhlizi boyunca bəzi uçuşlara icazə verdiyini vurğulayıb.


Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.


İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.


Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.


İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031