Tramp yenə də Obamanı hədəfə aldı - Foto

14-03-2026, 15:52 901 dəfə baxılıb


ABŞ Prezidenti Donald Tramp fevralın 28-dən bəri İrana qarşı davam edən “Epik Qəzəb” (Epic Fury) əməliyyatı fonunda özünə məxsus “Truth Social” platformasında sələfi Barak Obamanın siyasətini hədəf alan ironik və qalmaqallı paylaşım edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, Trampın paylaşdığı kollajda iki fərqli dövrün “danışıqlar” metodu kəskin şəkildə müqayisə olunur.


Belə ki, fotonun yuxarı hissəsində Obamanın İran rəsmilərinə pul təklif etməsi (“Obama İranla danışıqlar aparır”), aşağı hissəsində isə Trampın səmada uçan və İranın nüvə hədəflərini vuran “B-2 Spirit” bombardmançılarını izləməsi (“Tramp İranla danışıqlar aparır”) əks olunub.


Prezident həmin paylaşımla özünün “güc yolu ilə sülh” strategiyasını bir daha ön plana çıxararaq, İranın artıq “tamamilə məğlub olduğunu” və yeni bir sövdələşmə üçün yalvardığını iddia edib.


Qeyd edək ki, bu, Trampın Obama ilə bağlı ilk kəskin paylaşımı deyil. Bundan əvvəl də o, Barak Obama və xanımı Mişel Obamanın meymun kollajında təsvir olunduğu videonu paylaşmış, lakin qısa müddət sonra həmin paylaşımı silmişdi.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031