“ABŞ əməliyyatı başa çatdırsa belə İran dayanmayacaq”

13-03-2026, 14:41 876 dəfə baxılıb

 

“ABŞ hərbi əməliyyatı dayandırmaq qərarına gəlsə belə İran silahlı qarşıdurmaya son qoymayacaq”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “Axios” portalı ərəb ölkələrindəki mənbələrə istinadən məlumat yayıb.


Nəşr iddia edir ki, İran hakimiyyəti Vaşinqtonun qaydalarına uyğunlaşmaq niyyətində olmadığını regionun ərəb dövlətlərinə çatdırıb.


Məlumata görə, Tehran özünə qarşı təcavüzün bir daha bərpa edilməyəcəyinə dair güclü beynəlxalq zəmanətlər almadığı müddətcə münaqişəni başa çatdırmaq niyyətində deyil. Həmçinin ərəb ölkələrinin nümayəndələrinə bildirilib ki, ABŞ əməliyyatı başa çatdırdıqdan sonra belə İran Yaxın Şərqdəki Amerika hərbi bazalarına hücumları dayandırmayacaq.


“Müharibəni başlamaq çox asandır, onu bitirmək isə son dərəcə çətindir”, - nəşrin həmsöhbəti əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031