Hörmüzün bağlanması Körfəz ölkələrinə 15,1 milyard dollara başa gəlib

6-03-2026, 13:43 887 dəfə baxılıb

 

Fars körfəzi ölkələrinin neft hasilatı ilə məşğul olan şirkətləri Hörmüz boğazının bağlanması səbəbindən təxminən 15,1 milyard dollar gəlir itirib. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “Financial Times” nəşri ekspertlərə istinadən məlumat yayıb. 


Hesablamalara görə, Hörmüz boğazının faktiki bağlanması ən çox Səudiyyə Ərəbistanına zərbə vurub. Belə ki, bu ölkə neft ixracından 4,5 milyard dollar gəlir itirib. Qətərin “Qatar Energy” neft-qaz şirkəti 2-11 mart tarixləri arasında neft hasilatının dayandırılması səbəbindən təxminən 571 milyon dollar gəlirdən məhrum olub.


Ekspertlər hesab edirlər ki, neft məhsullarının hasilatı və tədarükündəki fasilələrdən ən ciddi zərəri büdcə daxilolmalarının 90%-i neft hasilatından asılı olan İraq çəkə bilər. Qətər və Küveyt də boğazın bağlanmasının mənfi fəsadları ilə üzləşə bilər, lakin qısamüddətli perspektivdə bu ölkələr öz suveren fondlarının vəsaitlərindən istifadə edə bilərlər.


Məlumata görə, Hörmüz boğazında qalan gəmilərdəki neft məhsullarının və mayeləşdirilmiş təbii qazın dəyəri azı 10,7 milyard dollar təşkil edir. 


Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlamamışdan əvvəl boğazdan gün ərzində orta hesabla 1,2 milyard dollar dəyərində enerji resursları daşınırdı. Ötən gün yayımlanmış bəyanatında İranın yeni Ali Lideri Müctəba Xamenei Hörmüz boğazının bağlı qalmalı olduğunu bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031