İran ABŞ-nin Beşinci Donanmasına zərbələr endirdi

11-03-2026, 15:41 893 dəfə baxılıb

 

İran hərbi qüvvələri İraqda yerləşən ABŞ bazasına, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci Donanmasına zərbələr endirib.


“Yenisirvanli.info.az” xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu bununla bağlı mətbuatda yayılmış məlumatları təsdiqləyib.


“Bu dalğa çərçivəsində ABŞ-nin Ərbildəki bazaları, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması, həmçinin Təl-Əvivin mərkəzində yerləşən “Xeybər-Şəkan”, “Qədr” raketləri, eləcə də ayrılan döyüş başlığına malik ağır “Xorrəmşəhr” və “Xeybər” raketləri vasitəsilə atəşə tutulub”, - məlumatda deyilir.


Pentaqon da Beşinci Donanmanın qərargahına hücum faktını təsdiqləyib. Dəymiş zərər təxminən 200 milyon dollar olaraq qiymətləndirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031