ABŞ İrandakı əməliyyata gündəlik neçə milyon xərcləyir?

11-03-2026, 10:16 872 dəfə baxılıb

 

ABŞ İrana qarşı hərbi əməliyyatın həyata keçirilməsi üçün gündəlik 900 milyon dollar xərcləyir.


“Yenisirvanli.info.az” xarici mediaya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında amerikalı senator Con Tun bildirib.


“Bu, əhəmiyyətli dərəcədə yüksək məbləğdir, lakin hesab edirəm ki, mövqelərimiz yaxşıdı. Hədəflərimizə nail olacağıq. Bu, yerinə yetirilməsi zəruri olan vacib missiyadır və ümid edirəm ki, tez bir zamanda başa çatacaq”, - o qeyd edib. 


Bundan əvvəl isə “The Washington Post” qəzeti öz mənbələrinə istinadən ABŞ Silahlı Qüvvələrinin İrana ilk zərbələrinin 5,6 milyard dollara başa gəldiyini yazıb. Xərclər əməliyyat zamanı sərf edilən silah-sursatlara uyğun olaraq hesablanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031