İsrail SEPAH-ın tədqiqat kompleksini vurdu

10-03-2026, 15:37 885 dəfə baxılıb

 

İsrail Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ballistik raketlərin işlənib hazırlanması və istehsalı üzrə tədqiqat kompleksinə zərbələr endirib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb.


“İsrail Hərbi Hava Qüvvələri İran rejiminin Tehrandakı əsas infrastrukturuna bir sıra zərbələr endirməyi başa çatdırıb. Zərbələrdən biri SEPAH-ın elmi-tədqiqat kompleksinə endirilib. Bu obyektdə İsrail Müdafiə Qüvvələri kompleksin ballistik raketlərin işlənib hazırlanması və istehsalı ilə bağlı təcrübə və sınaqların aparıldığı yeraltı zonasını hədəfə alıb”, - bəyanatda deyilir.


Bundan əlavə, İsrail tərəfinin “Əl-Qüds” xüsusi qüvvələrinin baş qərargahının obyektlərinə, həmçinin hava hücumundan müdafiə sistemlərinin istehsal sahələrinə zərbələr endirdiyi bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031