Türkiyədə “Patriot” sistemi yerləşdirildi

10-03-2026, 13:24 864 dəfə baxılıb

 

NATO Türkiyənin Malatya vilayətində “Patriot” hava hücumundan müdafiə sistemini yerləşdirib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bəyanat yayıb.


“Bölgəmizdə cərəyan edən son hadisələr fonunda sərhədlərimizin və hava məkanımızın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülür, NATO və müttəfiqlərimizlə məsləhətləşmələr aparılır. Milli səviyyədə görülən tədbirlərə əlavə olaraq, NATO tərəfindən hava və raket müdafiəsi üzrə tədbirlər gücləndirilib. Bu tədbirlər çərçivəsində hava məkanımızın müdafiəsini təmin etmək məqsədilə Malatyada “Patriot” sistemi yerləşdirilib”, - bəyanatda deyilir.


Bildirilib ki, Ankara regional sülh və sabitliyin təmin edilməsi istiqamətində səylər göstərərək, regiondakı hadisələri NATO və müttəfiqlərlə koordinasiyalı şəkildə qiymətləndirməyə davam edəcək.


Xatırladaq ki, son günlərdə İrandan buraxılan və Türkiyənin hava məkanına doğru irəlilədiyi müəyyən edilən 2 ballistik raket zərərsizləşdirililib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031