Tramp İranı davranışına görə hədələdi

7-03-2026, 17:00 853 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp İrana daha bir xəbərdarlıq edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, Tramp bu haqda “Truth Social” hesabında paylaşım edib.


“İran hazırda çox ağır vəziyyətdədir və Yaxın Şərqdəki qonşularından üzr istəyərək onlara artıq atəş açmayacağına söz verib. Bu vəd yalnız ABŞ və İsrailin fasiləsiz hücumları nəticəsində verilib.


Onlar Yaxın Şərqi ələ keçirmək və ona hökmranlıq etmək istəyirdilər. Minillər ərzində ilk dəfədir ki, İran ətrafdakı Yaxın Şərq ölkələrinə uduzur.


Onlar mənə “Təşəkkür edirik, Prezident Tramp” deyiblər. Mən də qarşılığında “Buyurun” demişəm.


İran artıq “Yaxın Şərqin zorakısı” deyil. Əksinə, indi o, “Yaxın Şərqin uduzanı”dır və təslim olana və ya daha böyük ehtimalla tamamilə çökənə qədər onilliklər boyu belə qalacaq.


Bu gün İran çox ağır zərbə alacaq. İranın davranışlarına görə, bu vaxta qədər hədəf kimi nəzərdə tutulmayan bəzi ərazilər və qruplar da hazırda ciddi şəkildə hədəfə alınmaq üçün nəzərdən keçirilir”, - ABŞ Prezidenti qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031