Səudiyyə Ərəbistanının İrana zərbələr endirməsini gözləyirlər

6-03-2026, 11:24 818 dəfə baxılıb


“İsrail rəhbərliyi Səudiyyə Ərəbistanının İran ərazisinə zərbələr endirməsini gözləyir”. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə İsrailin dövlət teleradio şirkəti olan “Kan”ın müxbiri Gili Koen hökumətdəki mənbələrə istinadən məlumat yayıb.


“İsrail Səudiyyə Ərəbistanının İrana qarşı cavab tədbirləri görməsini gözləyir. Lakin İsrail rəsmiləri mənə bildiriblər ki, Ər-Riyad İranın təhdidləri səbəbindən addımları gecikdirir. Təl-Əvivin qiymətləndirməsinə görə, Səudiyyə Ərəbistanı İranı öz suverenliyinə qəsd etdiyinə görə cəzalandırmaq niyyətindədir”, - Gili Koen bildirib. 


Xatırladaq ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra Tehran qonşu ölkələrin ərazisinə, o cümlədən Səudiyyə Ərəbistanına hücumlar həyata keçirib. Bu hücumlar çərçivəsində ABŞ-nin Ər-Riyaddakı səfirliyinə dron hücumu edilib, həmçinin neft obyektlərinə zərbələr endirilib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031