“İranın raket buraxılış qurğularının 60%-i məhv edilib”

6-03-2026, 16:39 796 dəfə baxılıb

 

ABŞ və İsrail İranın bütün raket buraxılış qurğularının və hava hücumundan müdafiə sistemlərinin 60%-ni məhv ediblər.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu iddia ilə İsrailin “I24” telekanalı adı açıqlanmayan mənbələrə istinadən çıxış edib. 


Bildirilir ki, bu məlumatlar İsrailin təhlükəsizlik kabinetinin martın 5-i axşam saatlarında keçirilmiş iclasında səsləndirilib. Telekanalın təhlükəsizlik sahəsindəki mənbələrinin sözlərinə görə, İsrail hərbçiləri əməliyyatın gedişindən və ABŞ ilə koordinasiyalı fəaliyyətdən razıdırlar.


Bundan əlavə, iddia olunur ki, İsrail qoşunları İrandakı hədəflərə azı daha bir həftə ərzində aktiv şəkildə zərbələr endirməyi planlaşdırır. Bundan sonra isə hücumların intensivliyinin azalacağı gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031