Xamenei ilə vida mərasimi təxirə salındı - Yenilənib

4-03-2026, 15:38 796 dəfə baxılıb

 

İranın mərhum Ali Lideri Əli Xamenei ilə vida mərasimi bu gün başlayacaq və üç gün davam edəcək.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə İran hakimiyyətinin məlumatında deyilir. 


Vida mərasiminin Bakı vaxtı ilə saat 22:30-da başlayacağı bildirilir. 


Xatırladaq ki, Əli Xamenei fevralın 28-də İsrail və ABŞ-nin Tehrana zərbələri zamanı ölüb. Onun doğulduğu Məşhəd şəhərində dəfn olunacağı bildirilir. 


***


“Tasnim” agentliyinin məlumatına görə, Xamenei ilə vida mərasimi təxirə salınıb. 


Mərasimin yeni proqramının daha sonra elan ediləcəyi bildirilir. 


***


Tehran əyalətinin İslam Təbliğatının Əlaqələndirmə Şurası vida mərasiminin təxirə salınmasının səbəbini açıqlayıb.


Bildirilib ki, mərasimin təxirə salınmasının əsas səbəbi müxtəlif əyalətlərdəki çoxsaylı insanların dəfn mərasiminə çatmaq üçün dəfələrlə müraciət etməsi olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031