“Müharibə daha tez başlayacaqdı, biz gecikdirdik”

3-03-2026, 16:06 806 dəfə baxılıb

 

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrail və ABŞ-nin İrana birgə hücumları ilə bağlı diqqətçəkən açıqlama verib.


“Yenisirvanli.info.az” xəbər verir ki, o, Türkiyənin bu müharibəni gecikdirən tərəf olduğunu bildirib.


Nazirin sözlərinə görə, tərəflərə yaradıcı həll yolları təklif olunub: “Əslində, müharibə daha tez başlayacaqdı, biz öz səylərimizlə onu gecikdirdik. Bəlkə də bir nəticəyə çatmaq olardı, amma köhnə üsula qayıtmağı üstün tutdular. İranlılar danışıqların davam etdiyi bir vaxtda müharibənin başlamasını diplomatiyaya xəyanət kimi qiymətləndirirlər. Bundan sonra nə baş verəcəyini ciddi şəkildə düşünməliyik. Çünki İsrail və ABŞ gələcəkdə də təhlükə yaradacağı üçün İranın qarşısını almağa çalışacaq”.


Hakan Fidan İranın Türkiyəyə hücum ehtimalına da münasibət bildirib: “Bunu tək İran məsələsinə görə yox, həmişə deyirəm ki, Türkiyə özünü qoruyacaq. Bizim bunu etmək üçün həm iradəmiz, həm də qabiliyyətimiz var”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031