Türkiyə-İran sərhədində sərnişin daşımaları dayandırıldı

2-03-2026, 12:43 801 dəfə baxılıb

 

Türkiyə-İran sərhədindəki 3 gömrük-keçid məntəqəsində gündəlik sərnişin daşımaları qarşılıqlı olaraq dayandırılıb.


“Yenisirvanli.info.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin ticarət naziri Ömər Bolat açıqlama verib. 


“Türkiyə-İran sərhədində yerləşən Ağrı-Gürbulak, Van-Kapıköy və Hakkari-Esendere gömrük-keçid məntəqələrində fövqəladə vəziyyətdən söhbət gedə bilməz. İran öz vətəndaşlarının Türkiyə üzərindən ölkə ərazisinə daxil olmasına icazə verir. Türkiyə olaraq biz də vətəndaşlarımızın və üçüncü ölkə vətəndaşlarının İrandan ölkəmizə daxil olmasına icazə veririk”, - Ö.Bolat deyib.


Bununla belə, nazir hər üç gömrük keçid məntəqəsi vasitəsilə kommersiya yüklərinin keçidinin nəzarətli şəkildə davam etdiyini qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031