Türkiyə hücumların dərhal dayandırılmasını tələb etdi

1-03-2026, 07:32 786 dəfə baxılıb

 

Türkiyənin Xarici İşlər Nazirliyi bölgədə baş verən son hadisələrlə bağlı açıqlama verərək, tərəfləri dərhal hücumları dayandırmağa çağırıb.


“Yenisirvanli.info.az”ın xəbərinə görə, bəyanatda qeyd olunur ki, İsrail və ABŞ-nin İrana hücumu ilə başlayan və İranın üçüncü ölkələri hədəf alması ilə davam edən hadisələr həm regional gələcək, həm də qlobal sabitlik üçün ciddi risklər yaradır.


“Beynəlxalq hüquqa zidd olan və günahsız mülki şəxslərin həyatını təhlükəyə atan hərəkətlərdən dərin narahatlıq duyuruq. Zorakılığı artıracaq hər hansı təxribatları qınayırıq. Tərəfləri hücumlara dərhal son qoymağa çağırırıq. Bölgədəki məsələlər yalnız sülh yolu ilə həll olunmalıdır. Türkiyə vasitəçilik mövzusunda hər zaman dəstək verməyə hazırdır”, – deyə nazirliyin bəyanatında vurğulanıb.


Açıqlamada qeyd edilib ki, əlaqədar ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının təhlükəsizliyi prioritet olaraq qalır və bu istiqamətdə bütün zəruri tədbirlər görülür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031