Əfqanıstanda ölən hərbçilərin sayı 300-ü ötdü - Yenilənib

28-02-2026, 10:33 741 dəfə baxılıb

 

Pakistanın informasiya naziri Attaulla Tarar sosial şəbəkə hesabında “Qəzb-ül-Haq” əməliyyatı ilə bağlı yenilənmiş məlumatları paylaşıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, nazirin açıqlamasına görə, Əfqanıstan ərazisində “Taliban” qüvvələrinə qarşı aparılan əməliyyatlar çərçivəsində 297 nəfər öldürülüb, 450-dən çox şəxs yaralanıb.


Bildirilib ki, 89 nəzarət-buraxılış məntəqəsi məhv edilib, 18 post ələ keçirilib, 135 tank və silahlı texnika sıradan çıxarılıb.


Eyni zamanda, Əfqanıstan üzrə 29 müxtəlif məntəqəyə hava zərbələri endirildiyi qeyd olunub.


***


Attaulla Tararın sözlərinə görə, əməliyyat zamanı zərərsizləşdirilən əfqanıstanlı hərbçilərin sayı 331-ə çatıb. 500-dən çox hərbçi isə yaralanıb. 


O, həmçinin vurğulayıb ki, Əfqanıstan ərazisində 37 obyektə zərbə endirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031