“Xameneiyə qarşı hücum qırmızı xəttimizdir” - “Hizbullah” rəsmisi

25-02-2026, 20:26 728 dəfə baxılıb

 

“Hizbullah” hərəkatı ABŞ və İran arasında artan gərginlik fonunda gözlənilməz mövqe nümayiş etdirərək, mümkün hərbi əməliyyatlara münasibət bildirib.


“Yenisirvanli.info.az” AFP agentliyinə istinadən xəbər verir ki, təşkilatın rəsmi nümayəndəsi ABŞ-nin İrana qarşı həyata keçirə biləcəyi “məhdud” hərbi zərbələr zamanı prosesə müdaxilə etməyəcəklərini açıqlayıb.


Hərəkat rəsmisi bildirib ki, əgər zərbələr yalnız müəyyən hərbi hədəflərlə məhdudlaşarsa və genişmiqyaslı müharibəyə çevrilməzsə, “Hizbullah” kənarda qalacaq.


Bununla belə, Livan qruplaşması özünün əsas şərtini də irəli sürüb:


“İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə qarşı hər hansı birbaşa hücum və ya İran hakimiyyətini devirmək cəhdi “Hizbullah” üçün qırmızı xətt hesab olunacaq. Belə bir ssenari baş verərsə, təşkilat dərhal hərbi əməliyyatlara qoşulacaq”.


Qeyd edək ki, sözügedən açıqlama İsrailin Livanın mülki infrastrukturuna zərbə endirə biləcəyi ilə bağlı xəbərdarlıqlarından sonraya təsadüf edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031