İrandan Trampın iddialarına - Cavab

25-02-2026, 14:42 710 dəfə baxılıb

 

Rəsmi Tehran ABŞ Prezidenti Donald Trampın İranın raketləri və nüvə proqramı ilə bağlı iddialarına cavab verib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. 


O, ABŞ hakimiyyətinin İranla bağlı bəyanatlarını yalan adlandırıb: “Peşəkar yalançılar “həqiqət illüziyası” yaratmaqda mahirdirlər. “Yalanı tez-tez təkrar edəndə həqiqət olur” - bu, nasist Yozef Gebbelsin irəli sürdüyü təbliğat qanunudur. Onların İranın nüvə proqramı və ballistik raketləri, eləcə də yanvar iğtişaşları zamanı ölənlərin sayı ilə bağlı iddia etdikləri hər şey sadəcə “böyük yalanların” təkrarıdır. Bu yalanlar heç kimi aldatmamalıdır”. 


Xatırladaq ki, daha əvvəl Donald Tramp Konqres qarşısında çıxışı zamanı İranın ABŞ-ni vura biləcək raketlər üzərində işlədiyini bəyan etmişdi. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031