“İran ABŞ-ni vura biləcək raketlər hazırlayır”

25-02-2026, 09:49 708 dəfə baxılıb

 

“İran ABŞ-ni vura biləcək raketlər hazırlayır”.


“Yenisirvanli.info.az” xarici mətbuata istinadən xəbər verir ki, bu iddianı ABŞ Prezidenti Donald Tramp Konqresə müraciətində səsləndirib. 


“Onlar artıq Avropaya və xaricdəki bazalarımıza təhdid yarada biləcək raketlər hazırlayıblar, indi isə Birləşmiş Ştatlara çata biləcək raketlərin yaradılması üzərində işləyirlər. Biz buna yol verə bilmərik”, - dövlət başçısı bildirib. 


Bununla belə, ABŞ lideri növbəti dəfə İranla bağlı problemi diplomatik yolla həll etmək istədiyini vurğulayıb: “Biz danışıqlar aparırıq. Onlar sövdələşmə əldə etmək istəyirlər, lakin onlardan hələ də “Nüvə silahımız olmayacaq” sözlərini eşitməmişik”. 


Tramp güc tətbiq etmək istəmədiyini, lakin İranın nüvə silahı əldə etməsinə də yol verməyəcəyini bəyan edib: “Biz sövdələşmə əldə etmək istəyirik. Lakin bir şeyi dəqiq demək olar: mən heç vaxt dünyada terrorun əsas sponsoruna nüvə silahına sahib olmağa icazə verməyəcəyəm. Bu olmayacaq!”. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031