ABŞ İranın müttəfiqlərinin cavab zərbələrindən ehtiyat edir - NYT

23-02-2026, 19:55 689 dəfə baxılıb

 

ABŞ Tehrana qarşı əməliyyat keçiriləcəyi təqdirdə İranın müttəfiqlərinin öz hədəflərinə cavab zərbələri endirəcəyindən qorxur.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu haqda “The New York Times” (NYT) yazır.


 Nəşr qeyd edir ki, “Prezident Tramp İrana qarşı irimiqyaslı zərbələr endirmək əmri verərsə, İran ABŞ-nin Avropa və Yaxın Şərqdəki hədəflərinə cavab terror hücumları həyata keçirmək üçün öz etibarlı adamlarını göndərə bilər”.


Məqalədə qeyd olunur ki, Yəmən husiləri, Livanın “Hizbullah” qruplaşması və hətta “Əl-Qaidə” belə əməliyyatlarda iştirak edə bilər.


Lakin ABŞ kəşfiyyatı bu cür zərbələrin dəqiq planlarından xəbərsizdir. Bununla belə, nəşrə görə, ABŞ İran və müttəfiqləri arasında hücumların planlaşdırılması və koordinasiyasına işarə edə biləcək artan sayda kommunikasiyalara müdaxilə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031