ABŞ onları aradan götürə bilər

21-02-2026, 14:33 675 dəfə baxılıb

 

ABŞ rəhbərliyi İranın ali lideri Seyid Əli Xamenei və onun oğlu Müctəba Xameneinin məhv edilməsi variantını gözdən keçirir. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu iddia ilə “Axios” portalı ABŞ Prezidenti Donald Trampın adı açıqlanmayan müşavirinə istinadən çıxış edib.


Onun sözlərinə görə, Vaşinqton İran ətrafındakı vəziyyətin həlli üçün müxtəlif variantları nəzərdən keçirir. 


“Onların istənilən ssenari üçün variantları var. Ssenarilərdən biri Ayətullahın və oğlunun, həmçinin mollaların aradan qaldırılmasını nəzərdə tutur. Trampın özü də daxil olmaqla, heç kim nəticədə hansı ssenarisinin seçiləcəyini bilmir”, - müşavir bildirib.


Nəşr iddia edir ki, Xameneinin və oğlunun məhv edilməsi variantı ABŞ liderinə bir neçə həftə əvvəl təqdim edilib.


Xatırladaq ki, Tramp Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında İranın nüvə proqramı və regional gərginliyin taleyinə yaxın 10 gün ərzində tam aydınlıq gətiriləcəyini vurğulamışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031