İranda etirazlarda ölənlərin yeni siyahısı - Açıqlandı

21-02-2026, 09:42 642 dəfə baxılıb

 

İran hökuməti etiraz aksiyalarında həlak olan 3117 nəfərin siyahısını açıqlayıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında paylaşım edib.


O qeyd edib ki, hökumət şəffaflıq vədlərinə sadiq qalaraq, 3117 qurbanın tam siyahısını dərc edib.


Nazirin sözlərinə görə, siyahıya təxminən 200 zabit də daxildir.


Abbas Əraqçi əlavə edib ki, təqdim olunan məlumatların düzgünlüyünə dair hər hansı şübhə varsa, bununla bağlı sübutların paylaşılmasını xahiş edirlər.


Qeyd edək ki, bundan əvvəl İran hakimiyyəti rəsmi olaraq iğtişaşlar nəticəsində 3117 nəfərin öldüyünü bildirib. Dərc olunmuş siyahıda isə 131 nəfərin adı olmayıb. İran Nazirlər Kabineti bunu həmin insanların şəxsiyyətinin hələ müəyyən edilməməsi ilə izah edib.


Xatırladaq ki, 2025-ci ilin dekabr ayının sonlarında ölkənin milli valyutası olan İran rialının devalvasiyası ilə kütləvi etiraz aksiyaları başlamışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031