Qaz kəmərinin partladılması planını o təsdiqləyibmiş - İddia

12-02-2026, 17:49 651 dəfə baxılıb

 

“Şimal axını” qaz kəmərinin partladılması planını Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnı təsdiqləyib. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” nəşri mənbələrə istinadən məlumat yayıb. 


Bildirilir ki, qaz kəmərinin partladılması planları barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi də məlumatlı olub. İddiaya görə, amerikalı agentlər partlayışı törətdiyi ehtimal edilən şəxslərlə hələ 2022-ci ilin yazında görüşüblər. Həmin vaxt tərəflər əməliyyatın texniki təfərrüatını müzakirə ediblər. 


“Bu əməliyyat həmin vaxt ordunun baş komandanı olan Valeri Zalujnı tərəfindən təsdiqlənmişdi”, - materialda qeyd olunur.


Nəşr iddia edir ki, Ukrayna Prezidenti Volodimir Zelenski və onun ofisi bu planlardan xəbərsiz olub. 


Xatırladaq ki, “Şimal axını-1” və hələ istifadəyə verilməyən “Şimal axını-2” qaz kəmərlərində partlayışlar 2022-ci il sentyabrın 26-sı baş verib. Hadisədən sonra Danimarka, Almaniya və İsveç birgə araşdırmaya başlayıb. Rusiya Prezidenti Vladimir Putin qaz kəmərlərinin partladılmasında ABŞ-nin iştirakının olduğunu deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031