Almaniyanın qalmaqallı partiyasına milyonluq miras: Macarıstan sakini bütün var-dövlətini onlara verdi

19-02-2026, 13:27 649 dəfə baxılıb

 

"Almaniya üçün Alternativ" partiyası Macarıstan sakini Volfqanq Karl Kvaderin 700 000 avro (təxminən 1.4 milyon manat) məbləğində bütün mirasını əldə edib.


Yenisirvanli.info.az xəbər verir ki, bu barədə "Der Spiegel" məlumat yayıb.


V.K.Kvader "Almaniya üçün Alternativ" partiyasını öz aktivlərinin yeganə varisi adlandırıb. Partiya mirasın xarakteri (nağd pul, qızıl və ya daşınmaz əmlak) barədə açıqlama verməyib.


Partiyanın tərəfdarlarından miras alması ilk dəfə deyil. Maliyyə hesabatına görə, "Almaniya üçün Alternativ" partiyası Münhen taksi operatorundan 432 000 avro (təxminən 869 700 manat), eləcə də Bavariyanın Sankt-Volfqanq şəhərindəki bir xeyriyyəçidən 571 000 avro (təxminən 1.1 milyon manat) məbləğində miras alıb.


Qeyd edək ki, Aşağı Saksoniya fevralın 16-da Almaniyanın ifrat sağçı "Almaniya üçün Alternativ" partiyasını sağçı ekstremist qurum elan edərək, yerli hakimiyyət orqanlarına demokratiyaya potensial təhdid kimi olan bu siyasi qruplaşmaya nəzarət üçün geniş səlahiyyətlər verib. Həmçinin bildirilib ki, partiya iyulun əvvəlində - Veymarda keçirilən Nasist Partiyası Konqresindən düz bir əsr sonra Erfurtda konfrans keçirməyi planlaşdırır. Tarixçilər və siyasətçilər bunu qəsdən törədilən təxribat hesab edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031