“Biz təslim olmayacağıq”

19-02-2026, 10:43 629 dəfə baxılıb

 

İran Prezidenti Məsud Pezeşkian ABŞ-ni müxtəlif ölkələrin təbii sərvətlərini ələ keçirməyə çalışmaqda ittiham edib və İranın qarşıdurma tərəfdarı olmadığını bildirib.


“Yenisirvanli.info.az”ın məlumatına görə, dövlət başçısı bu barədə səfərdə olduğu Lorestan əyalətində vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü zamanı danışıb.


Pezeşkian ABŞ-nin İranda demokratiya ilə bağlı narahatlıq ifadə etməsini aldadıcı adlandırıb:


“ABŞ açıq şəkildə Venesuelanın neftini ələ keçirmək istədiyini bildirib. Kanada və digər ölkələrə qarşı da oxşar münasibət sərgiləyir. Biz mübarizə aparmaq istəmirik. Hesab edirəm ki, müharibəni kənara qoymalıyıq. Lakin zor tətbiq olunarsa, biz təslim olmayacağıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031