Xameneidən Trampa - Xəbərdarlıq

17-02-2026, 16:53 630 dəfə baxılıb

 

İranın ali lideri Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampa xəbərdarlıq edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Xameneinin “X” hesabında paylaşım olunub.


“Amerikalılar daim deyirlər ki, onlar İrana doğru hərbi gəmi göndəriblər. Əlbəttə, hərbi gəmi təhlükəli hərbi texnikadır. Lakin həmin hərbi gəmidən daha təhlükəli olan o gəmini dənizin dibinə göndərə bilən silahdır”, - Xamenei qeyd edib.


O həmçinin Trampın ABŞ ordusunun dünyanın ən güclü hərbi qüvvəsi olması barədə açıqlamalarına münasibət bildirib: “ABŞ prezidentinin sözlərinə görə, onlar dünyanın ən güclü hərbi qüvvəsinə sahibdirlər. Dünyanın ən güclü hərbi qüvvəsi bəzən elə ağır zərbə ala bilər ki, bir daha ayağa qalxa bilməz”.


Xatırladaq ki, bu gün Cenevrədə ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031