“Crocus”dakı terror aktını törədənlərə ömürlük həbs cəzası istənildi

16-02-2026, 19:12 624 dəfə baxılıb

 

Rusiyanın 2-ci Qərb Dairə Hərbi Məhkəməsində “Crocus City Hall”da törədilmiş dəhşətli terror aktı ilə bağlı keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslər üçün ən ağır cəzanı tələb edib.


“Yenisirvanli.info.az” TASS-a istinadən xəbər verir ki, bu barədə zərərçəkmişlərin vəkili Daniel Qotye məlumat verib.


Məlumata görə, prokuror terror aktının dörd birbaşa icraçısı – Şəmsiddin Fariduni, Dalerjon Mirzoyev, Məhəmmədsobir Fayzov və Səidakram Murodali Raçabalizodanın ömürlük azadlıqdan məhrum edilməsini və cəzanın xüsusi rejimli koloniyada çəkilməsini istəyib. Fevralın 16-da məhkəmə iş üzrə qapalı müzakirələrə başlayıb.


Xatırladaq ki, 22 mart 2024-cü ildə Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da baş verən terror hücumu nəticəsində 149 nəfər həlak olub, 600-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə zamanı konsert zalına dəyən maddi ziyanın miqdarı təxminən 6 milyard rubl (təqribən 110 milyon manat) dəyərində qiymətləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031