İsraildə İran casusu tutuldu - Yüksəkvəzifəli şəxsi izləyirmiş

16-02-2026, 12:38 616 dəfə baxılıb

 

İsraildə İran kəşfiyyatı ilə əməkdaşlıq etməkdə şübhəli bilinən şəxs həbs olunub. 


“Yenisirvanli.info.az” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail polisi yayıb.


“İran kəşfiyyatı ilə əlaqədə olmaqda şübhəli bilinən İsrail vətəndaşı yüksəkvəzifəli israilli şəxs haqqında kəşfiyyat məlumatları topladığına görə həbs edilib. Polis və Ümumi Təhlükəsizlik Xidmətinin birgə əməliyyatı çərçivəsində son həftələrdə Fares Əbu Əl-Hica adlı həmin ölkə vətəndaşı həbs edilərək dindirilib. Dindirilmə zamanı məlum olub ki, şübhəli şəxs xarici agentlə əlaqə saxlayıb, onun İran kəşfiyyatı ilə bağlı olduğunu güman edib və müxtəlif tapşırıqların yerinə yetirilməsinə görə ondan pul alıb, o cümlədən İsrail dövlətinin təhlükəsizliyinə zərər vurmaq məqsədilə kəşfiyyat məlumatları toplayıb. Xarici agentin İran kəşfiyyatına aid olduğu müəyyən edilib”, - bəyanatda deyilir.


Şübhəli şəxsin yüksəkvəzifəli şəxsə qarşı kəşfiyyat missiyası yerinə yetirərkən saxlanıldığı bildirilir. İstintaqın nəticələrinə əsasən, fevralın 16-da həmin şəxsə qarşı ittiham irəli sürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031