İran ABŞ-yə, İsrail İrana qarşı şərtlər irəli sürdü

16-02-2026, 11:27 605 dəfə baxılıb

 

“Vaşinqton sanksiyaların ləğvini müzakirə etməyə razılaşarsa, İran ABŞ ilə nüvə sazişi üzrə kompromisə gedə bilər”.


“Yenisirvanli.info.az” BBC-yə istinadən xəbər verir ki, bu bəyanatla İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi çıxış edib.


“Əgər onlar sanksiyalar barədə danışmağa hazırdırlarsa, biz də proqramımızla bağlı bu və digər məsələləri müzakirə etməyə hazırıq”, - diplomat deyib.


Taxt-Rəvançi qeyd edib ki, indi top Amerika tərəfindədir və onlar həqiqətən saziş bağlamaq istəklərini sübut etməlidirlər.


İsrailin Baş naziri Binyamin Netanyahu isə İranla istənilən potensial sazişin təkcə İsrail və ABŞ-nin deyil, eləcə də bütün dünyanın təhlükəsizliyini təmin edən sərt tələblərə cavab verməli olduğunu deyib. 


“Əgər biz razılığa nail olmaq istəyiriksə, o, bir sıra əsas elementləri əhatə etməlidir. Fikrimizcə, bu elementlər təkcə İsrailin deyil, həm də ABŞ-nin, regionun və bütün dünyanın təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir”, - İsrailin Baş naziri bildirib.


Netanyahunun irəli sürdüyü şərtlərə görə, İran bütün uranı ölkədən çıxarmalı, uranın zənginləşdirilməsi üzrə bütün avadanlıq və infrastrukturu ləğv etməli, Raket Texnologiyalarına Nəzarət Rejiminin 300 km-lə məhdudlaşdırılmasına razılıq verməli və “terror oxu”nu aradan qaldırmalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031