Zelenski Münxenə yollandı

14-02-2026, 15:17 568 dəfə baxılıb

 

Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfər edib.


“Yenisirvanli.info.az” “İnterfaks”a istinadən xəbər verir ki, Ukrayna liderinin konfrans çərçivəsində bir sıra mühüm görüşləri və çıxışı nəzərdə tutulub.


Zelenski səfəri zamanı tərəfdaşlarla həm ikitərəfli, həm də çoxtərəfli formatda müzakirələr aparacağını, həmçinin Almaniya ilə birgə ilk dron istehsalı müəssisəsinin açılışını reallaşdıracağını bildirib.


Prezidentin mətbuat katibi Sergey Nikiforov dövlət başçısının forumda NATO-nun baş katibi Mark Rutte və digər rəsmi şəxslərlə görüşəcəyini qeyd edib. Axşam saatlarında isə Ukrayna liderinin ABŞ Dövlət katibi Marko Rubio ilə bir araya gələcəyi gözlənilir.


“Politico” nəşri isə yazır ki, Zelenski konfransdakı çıxışında Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsini əsas prioritet kimi təqdim edəcək. O, həmçinin fransalı həmkarı Emmanuel Makronla görüşündə silah təchizatının artırılması məsələsində israrını davam etdirəcək.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031