Üçtərəfli növbəti görüşün tarixi bəlli oldu - Yenilənib

13-02-2026, 13:43 552 dəfə baxılıb

 

Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli növbəti görüşün tarixi məlum olub. 


“Yenisirvanli.info.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. 


O qeyd edib ki, ölkələr arasında danışıqların yeni mərhələsi gələn həftə keçiriləcək.


“Danışıqların həqiqətən gələn həftə baş tutacağı ilə bağlı razılıq əldə olunub. Yer və dəqiq tarix barədə sizə məlumat verəcəyik. Lakin həqiqətən, bu, gələn həftə olacaq”, - Kremlin rəsmi nümayəndəsi deyib.


Xatırladaq ki, tərəflər arasında sonuncu üçtərəfli görüş fevralın 5-də Əbu-Dabi şəhərində baş tutmuşdu.


***


D.Peskovun sözlərinə görə, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli növbəti görüş fevralın 17-18-də İsveçrənin Cenevrə şəhərində keçiriləcək.


Danışıqlara qatılacaq Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031