Gələn həftə çoxmilyardlıq planını açıqlayacaq

13-02-2026, 10:43 551 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının gələn həftə keçiriləcək ilk rəsmi iclasında Qəzza zolağının bərpasına dair çoxmilyardlıq planını açıqlayacaq.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Associated Press” agentliyi yayıb. 


İclas çərçivəsində müharibə nəticəsində dağılmış Qəzza zolağının bərpasına bir neçə milyard dollar ayrılacağı gözlənilir. 


Mənbələrin sözlərinə görə, Tramp administrasiyası azı 20 ölkədən nümayəndə heyətlərinin Sülh Şurasının fevralın 19-da baş tutacaq həmin ilk iclasında iştirak edəcəyinə ümid edir. 


Xatırladaq ki, yanvarın 22-də Davosda Şülh Şurasının təsis edilməsinə dair tədbir keçirilib. Azərbaycan təsisçi üzv dövlət kimi bu şuraya qoşulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031