Qazaxıstanda eyni şəxs ikinci dəfə prezident seçilə bilməyəcək

12-02-2026, 12:42 543 dəfə baxılıb

 

Qazaxıstanda prezident təkrar seçilmək imkanı olmadan 7 illik müddətə seçiləcək.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “Kazaxstanskaya pravda” qəzetində dərc olunmuş ölkənin yeni Konstitusiya layihəsində qeyd edilir.


Bildirilir ki, ölkənin birinci şəxsi 7 il müddətinə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə seçiləcək.


“Konstitusiyaya uyğun olaraq eyni şəxs bir dəfədən çox Qazaxıstan Respublikasının Prezidenti seçilə bilməz”, - Konstitusiya layihəsində deyilir.


Xatırladaq ki, Qazaxıstanın yeni Konstitusiyasının layihəsi 2026-cı il fevralın 12-də kütləvi informasiya vasitələrində dərc edilib. Ötən gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 15-i ölkənin yeni konstitusiyası üzrə referendumun keçirilməsi haqqında Fərman imzalayıb. Qəbul ediləcəyi təqdirdə, yeni sənəd 1 iyul tarixində qüvvəyə minəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031