ABŞ daha bir gəmini vurdu - Ölənlər var - Video

10-02-2026, 08:40 528 dəfə baxılıb

 

ABŞ Sakit okeanda daha bir gəmini vurub.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.


Bildirilib ki, Cənub Komandanlığı bir gəmiyə ölümcül zərbə endirib.


“Kəşfiyyat məlumatları gəminin Şərqi Sakit Okeanda tanınmış narkotik marşrutları boyunca hərəkət etdiyini və narkotik əməliyyatlarında iştirak etdiyini təsdiqləyib. Hücum nəticəsində iki şəxs zərərsizləşdirilib, bir nəfər isə sağ qalıb.


Əməliyyatdan dərhal sonra komandanlıq ABŞ Sahil Mühafizəsinə məlumat verərək, sağ qalan şəxsin axtarış və xilasetmə əməliyyatlarını başlatmasını təmin edib”, - məlumatda deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031