Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

8-02-2026, 14:15 483 dəfə baxılıb

 

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın dron və raket istehsalında iştirak edən şirkət və şəxslərə qarşı sanksiyalar haqqında fərmanların imzalandığını deyib.


Yenisirvanli.info.az bildirir ki, bu barədə o, "Facebook" səhifəsində açıqlama verib.


Zelenski əlavə edib ki, digər fərmanla Rusiyanın maliyyə sektoruna qarşı sanksiyalar tətbiq olunub. Bu siyahıya Rusiya raketləri və dronlarının istehsalına görə komponentlərin tədarükü üçün ödənişlərin edildiyi şirkətlər daxildir.


"Həmçinin Rusiya kriptobazarı və mayninqini təmin edən strukturlara qarşı da sanksiyalar tətbiq edilib. Bu qərarların bir hissəsi Avropa İttifaqının artıq yekun mərhələdə olan 20-ci sanksiya paketinə daxil ediləcək", - deyə o vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031