Tramp Ukrayna və İran üzrə diplomatik səylərə ABŞ hərbçilərini cəlb edib

8-02-2026, 12:44 499 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə danışıqlara ABŞ Quru Qoşunları naziri Deniel Driskollu, Omanda İranla aparılan danışıqlara isə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuperi cəlb etmək qərarına gəlib.


Yenisirvanli.info.az bu barədə "Associated Press" agentliyinə istinadən xəbər verir.


Hər iki danışıqlar xətti ABŞ liderinin kürəkəni Cared Kuşnerin və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoffun məsuliyyət zonasındadır. Qeyd edilir ki, hərbi rəhbərlərin diplomatik prosesə cəlb edilməsi qərarı onların təcrübəsi, bilikləri və ya lazımi əlaqələrə malik olmaları ilə diktə edilə bilər.


"Həmçinin bu addım danışıq iştirakçılarına işarə etmək məqsədi daşıyır ki, ABŞ zərurət yaranarsa, daha sərt metodlara əl atmağa hazırdır. Bundan əlavə, bu addım Tramp administrasiyasının xarici siyasət və diplomatiya sahəsində ənənəvi metodlardan imtina etdiyinə dəlalət edir", - deyə məlumatda vurğulanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031