KİV: ABŞ Administrasiyası İranla danışıqlar aparmağa razılaşıb

4-02-2026, 10:33 436 dəfə baxılıb

 

"Vaşinqton Administrasiyası Omanda İran nümayəndələri ilə danışıqlar aparmağa razılıq verib və məsləhətləşmələrin fevralın 6-da keçirilməsi gözlənilir".


Yenisirvanli.info.az xəbər verir ki, bu barədə ABŞ-nin "Axios" internet portalının jurnalisti Barak Ravid sosial şəbəkə hesabında məlumat verib.


"ABŞ və İran arasında nüvə danışıqlarının cümə günü Omanda keçirilməsi gözlənilir. Tramp administrasiyası İran tərəfinin xahişi ilə danışıqları Türkiyədən başqa yerə köçürməyə razılıq verib. Ərəb və müsəlman dövlətlərinin Oman danışıqlarında iştirak edib-etməyəcəyi ilə bağlı məsləhətləşmələr hələ də davam edir", - deyə jurnalist ərəb dövlətindəki mənbələrinə istinadən yazıb.


Sözügedən portal daha əvvəl İranın ABŞ ilə danışıqların formatını ikitərəfli formata dəyişdirmək və məkanı İstanbuldan Omana köçürmək niyyətində olduğunu bildirmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031