Rusiyada robotlardan ibarət rota yaradıldı

3-02-2026, 18:43 412 dəfə baxılıb

 

Rusiya ordusunun Aleksandr Nevski adına briqadasında yerüstü robototexniki komplekslərdən ibarət xüsusi rota fəaliyyətə başlayıb. 


“Yenisirvanli.info.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, yeni rota təchizat və döyüş tapşırıqlarında istifadə olunacaq. 


Rota “Çеlnok”, “Omiç‑2” və “Kuryer” adlanan üç tip yerüstü robot komplekslərindən ibarətdir. Həm təkər, həm də tırtıl sisteminə malik bu komplekslər silah daşımaq qabiliyyətinə malikdir. “Kuryer” modelləri ağır kalibrli pulemyot və avtomatik qumbaratanla təchiz olunub.


30‑dan çox marşrut üzrə istifadə olunan komplekslərin son altı ay ərzində artıq 350‑dən çox reys həyata keçirdiyi və 120 tondan çox yük daşıdığı bildirilir. Məlumata görə, onlardan istifadə yükdaşıma vaxtını təxminən 80% azaltmağa imkan verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031