Ərdoğan ABŞ-nin İrana mümkün zərbələrini müzakirə edəcək

2-02-2026, 13:38 421 dəfə baxılıb

 

Türkiyə Nazirlər Kabinetinin bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında keçiriləcək iclasında ABŞ-nin İrana mümkün zərbələri ilə bağlı vəziyyət müzakirə olunacaq.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyədəki diplomatik mənbəyə istinadən məlumat yayıb.


“Nazirlər Kabinetinin iclasında ABŞ-nin İrana zərbə endirmək təhlükəsi, həmçinin regionda cərəyan edən son hadisələr müzakirə ediləcək. İclas zamanı hərbi müdaxiləyə qarşı çıxan, diplomatiya və dialoqu dəstəkləyən Türkiyənin mövqeyi bir daha vurğulanacaq”, - agentliyin həmsöhbəti bildirib.


Onun sözlərinə görə, bu kontekstdə nazirlər İranın xarici işlər naziri Abbas Araqçının ötən həftəsonu İstanbula səfərinin, onun Türkiyənin xarici işlər naziri Hakan Fidan və Türkiyə Prezidenti ilə görüşünün, həmçinin Ərdoğanın ABŞ və İran prezidentləri ilə telefon danışıqlarının nəticələrini nəzərdən keçirəcəklər.


Xatırladaq ki, daha əvvəl mətbuatda Türkiyə, Misir və Qətərin gələn həftə Ankarada ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə İranın yüksəksəviyyəli nümayəndələri arasında görüşün təşkili üzərində işlədikləri barədə xəbər yayılmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031