ABŞ İsrailə 6,5 milyardlıq hərbi texnikanın satışını təsdiqlədi

31-01-2026, 10:23 395 dəfə baxılıb

 

ABŞ Dövlət Departamenti İsrailə üç ayrı müqavilə çərçivəsində potensial hərbi tədarüklərin göndərilməsini təsdiqləyib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.


Bildirilib ki, ümumilikdə sözügedən tədarüklərin dəyəri 6,5 milyard dollardan çoxdur.


Əsas olaraq, İsrailə təqribi dəyəri 1,98 milyard dollar olan yüngül taktiki nəqliyyat vasitələrinin və onlara aid avadanlıqların mümkün satışı, həmçinin 3,8 milyard dollar məbləğində 30 ədəd “AH-64E Apache” helikopterinin satışı təsdiqlənib.


740 milyon dollar dəyərində olan üçüncü müqavilə isə “Namer” zirehli transportyorları üçün qurğuları və transmissiyaların göndərilməsini, eləcə də onların kompleks logistik təminatını əhatə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031