Aİ SEPAH-ı terror təşkilatı kimi tanıdı

29-01-2026, 19:50 391 dəfə baxılıb

 

Avropa İttifaqı (Aİ) İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas sosial media hesabında məlumat yayıb.


Diplomat qeyd edib ki, Aİ xarici işlər nazirləri bu qətiyyətli addımla SEPAH-ın statusunu beynəlxalq terrorçu qruplaşmalarla bərabərləşdiriblər:


“Bu qərar rəsmi Tehranın son dövrlərdə nümayişçilərə qarşı tətbiq etdiyi amansız repressiyalara və regionda sabitliyi pozan fəaliyyətlərinə birbaşa cavabdır”.


Xatırladaq ki, sözügedən qərarla SEPAH-ın Avropadakı aktivlərinin dondurulması və qurumla hər hansı maliyyə-iqtisadi əlaqələrin qurulmasının qadağan edilməsi nəzərdə tutulur. Bu, Avropa Birliyinin Tehrana qarşı son illərdə atdığı ən sərt hüquqi addım hesab olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031